Ermənistan ordusunun itkiləri açıqlandı:

“Ermənistan ordusunun Qarabağ müharibəsində itkiləri təxminən 4 milyard dollar təşkil edib”.

Metbuat.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin keçmiş nümayəndəsi, ekspert Edqar Kazaryan belə açıqlama verib. O bildirib ki, Baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət nəticəsində Ermənistan ordusu ağır zərbə alıb. Onun sözlərinə görə, orta təbəqə zabitləri arasında itkilər isə ümumi sayın təxminən ¼-ni təşkil edir.

Kazaryan bəyan edib ki, məğlubiyyətə görə nəinki heç kim məsuliyyəti üzərinə götürmür, üstəlik xalq hakimiyyəti dəstəkləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR