Güc balansı alt-üst olur: Yeni ittifaq yarandı -

Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ və Avstraliya arasında imzalanan təhlükəsizlik sazişi barədə parlamentdə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, ölkələrin baş hərflərinin ingiliscə qısaltmasından yaranan “Aukus” sazişi heç bir ölkəyə qarşı yönəlməyib. Hökumət başçısı sazişin Çinə qarşı olduğu barədə iddiaları rədd edib. Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avstraliya Hind okeanı ilə Sakit okeanı arasındakı geniş coğrafiyada təhlükəsizliyi qorumaq üçün 3-lü işbirliyi mexanizmi yaradacaqlarını bəyan ediblər.

Bildirilib ki, ABŞ və Böyük Britaniya sualtı qayıqlar üçün Avstraliyaya lazımi dəstəyi verəcək. ABŞ prezidenti Co Bayden bəyan edib ki, bu bölgənin sərbəst olmasına ehtiyac var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR