x
Loading...

AQTA daha 10 müəssisədə pozuntular aşkarlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 15-də ölkə üzrə 412 ictimai iaşə obyektində 702 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, P. Həşimov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Rəşad Telman oğluna məxsus dönər evi;

2. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., ev 2 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Cahangir Ehtibar oğluna məxsus “EL CHAKO” restoranı;

3. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç., ev 136A ünvanında yerləşən, fiziki şəxs Abdullayev Müşviq Rauf oğluna məxsus kafe;

4. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., G. Məmmədov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Elvin Qalib oğluna məxsus “Qəbələ” restoranı;

5. Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küç., döngə 7 ünvanında yerləşən, fiziki şəxs Cəbrayılov Tale Hafis oğluna məxsus “Qədim Şamaxı” restoranı;

6. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, fiziki şəxs Həsənov Yusif Qurban oğluna məxsus “Baskal” kafesi;

7. Sumqayıt şəhəri, Yeni Bulvar ərazisində yerləşən, fiziki şəxs Nəcəfova Aynur Tofiq qızına məxsus "Priçalli" restoranı;

8. Qazax rayonu, Çaylı kəndində yerləşən, fiziki şəxs Rzayev Razim Həbib oğluna məxsus yeməkxana;

9. Yevlax rayonu, Yevlax-Bərdə yolu, 9-cu km-də yerləşən, fiziki şəxs Paşayev Saleh Bəxtiyar oğluna məxsus "Çinar” kafesi;

10. Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Kazımov Tofiq Həbib oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR