Binalardakı liftlərin ehtiyat hissələrini oğurlayan şəxs

Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb.

DİN-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri etməkdə şübhəli bilinən Elvin Alıyev tutulub. Araşdırma zamanı onun Xətai rayonu ilə yanaşı paytaxtın digər rayonlarında da analoji hadisələr etdiyi məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqların bir neçəsi binlarda quraşdırılan təhlükəsizlik kameraları vaitəsi ilə də görüntülənib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Elvin Alıyev barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR