DÇ-2023: Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə başlayıb.

Metbuat.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı ilk sınağında Rusiya yığmasının qonağı olub. Moskvada oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rusiya seçməsinin heyətində qolları 42-ci dəqiqədə Marina Fyodorova, 75-ci dəqiqədə isə Nelli Korovkina vurublar.

Qeyd edək ki, bu qrupun digər oyunlarında Danimarka Maltanı 7:0, Monteneqro isə Bosniya və Herseqovinanı 3:2 hesabı ilə məğlub edib. Azərbaycan millisi növbəti oyununu sentyabrın 21-də Bakıda Danimarkaya qarşı keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR