Zelenski Ərdoğanla görüşdən DANIŞDI:

"BMT Ukraynanın Donbass və Krım üçün məqbul bir həll tapa biləcəyi beynəlxalq platformalardan biridir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ukrayna prezidenti Vladimir Zelenski "Dom" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, təşkilatın Baş Assambleyasının (GA) toplantısı yalnız mövcud problemlərin həlli barədə danışılan yer yox, həm də digər ölkələrdən dəstək tələb edib və lazımi qərarlar qəbul edilə bilən bir yerdir. Zelenski qeyd edib ki, Ukrayna bu fürsəti əldən verməməlidir. Ukrayna lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə yaxın vaxtlarda reallaşacaq görüş barədə də danışıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşümüz olacaq. Hamımız Türkiyənin Rusiya Federasiyası tərəfindən Krımın ilhaqını və Dövlət Dumasına seçkiləri tanımaması ilə bağlı bəyanatını bilirik. Məlumdur ki, Türkiyə Krımın ilhaqını heç vaxt tanımayıb və gələcəkdə də tanımaq niyyətində deyil "deyə Zelenski bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR