Məşhur azərbaycanlı döyüşçü

Azərbaycan taekvondosuna ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti və Azərbaycanda taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş Süleyman Məmmədov vəfat edib.

Qeyd edək ki, Süleyman Məmmədli 1948-ci ildə Tovuzda anadan olub. Orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycanda İdman Akademiyasını bitirib. 1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb. 1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb. 70-dən artıq döyüş sənətini bilib.

1990-cı illərdən başlayaraq taekvandoyla da məşğul olmağa başlayıb. Müxtəlif beynəlxalq seminarlarda iştirak eləmiş, 47 dövlətdə olub. 2004-cü ildə Amerikada taekvandonun yaradıcılarından olan Bok Mann Kimlə tanış olub. Bundan sonra Çun Kuhn Do ilə məşğul olub. İlk dəfə dünyada ən yüksək dərəcə olan Qrand master dərəcəsini Amerikada alıbdır. Bundan əvvəl və sonralar bir neçə seminarlarda iştirak etmiş,hazırda 4 növ üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand master olub.

Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib. Belə ki, Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısıdır. Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənəti üzrə qrand-master olub. Tae Kuk Mu Sul, Universal Combat MA və Turan Do üzrə 10-cu dan qara kəmər ustası olub.

O, Ümumilikdə Süleyman Məmmədli kombat hapkido üzrə dünya çempionu, Taekvondo üzrə Dünya Kubokunun sahibi (2005), Döyüş sənətləri üzrə Avropa çempionu, Dünya çempionu, Tam kontakt üzrə dünya çempionu, Döyüş və kompleks üzrə dünya qızıl kubokunun ikiqat qalibi, Mudo Dünya kubokunun ikiqat qalibi - Kompleks və döyüş, Döyüş sənətləri üzrə Avropa kubokunun qalibi olub.

Bundan başqa, Hapkido üzrə dünya çempionatının müxtəlif növlər üzrə 1 qızıl və 2 gümüş medal sahibi, BUDO Döyüş sənətləri üzrə Dünya çempionu, Çin Döyüş sənətləri üzrə dünya çempionu olub.

O, həm də Qarışıq Döyüş sənətləri "Fight Cup" və Qarışıq döyüşlər üzrə Avropa çempionu idi.

Bir 1 nəfər şəkili ola bilər

Süleyman Məmmədli.jpg



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR