Qonşu ölkələrdə koronavirusla bağlı

Çinin Vuhan şəhərində ilk yoluxmanın qeydə alındığı COVİD-19 pandemiyasından bugünədək 4 milyondan çox insan vəfat edib.

Metbuat.az xəbər verir ki, virusa ən çox yoluxma və ölüm halları Amerika Birləşmiş Ştatlarında qeydə alınır. İkinci yerdə Hindistan, üçüncü yerdə isə Braziliya dayanır.

Qonşu ölkələrdə koronavirusla bağlı statistika heç də ürək açan deyil. Belə ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 600 mini keçib. Ötən sutkada daha 2 016 nəfərdə koronavirus aşkarlanıb, 43 pasiyent vəfat edib. Bununla da qonşu ölkədə indiyədək COVID-19-dan ölənlərin sayı 8 664-ə çatıb.

Rusiya dünya üzrə yoluxma və ölüm sayı görə 5-ci yerdə dayanır. Son sutkada 19 706 nəfər koronavirusa yoluxub, 817 nəfər virusun qurbanı olub. Bununla da ölkədə COVİD-19-dan ölənlərin sayı 200 625 nəfərə çatıb. Ümumilikdə 7 333 557 virusa yoluxub.

Qardaş Türkiyədə də virusa yoluxma sayı heç də az deyil. Belə ki, dünya üzrə yoluxma və ölüm sayına görə, koronavirus cədəvlində 7 - ci yeri tutan Türkiyədə son sutkada 29 338 nəfər virusa yoluxub, 260 nəfər vəfat edib. Bununla da qonşu ölkədə virusdan ölənlərin sayı 62 065 - ə çatıb. Ümumi yoluxma sayı isə 6 904 285 nəfərdir.

İndiyədək Ermənistanda koronavirusa yoluxanların sayı 254 709 nəfərdir. Son sutkada daha 273 nəfər COVID-19-a yoluxub. Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 254 709-ə çatıb. Son sutkada koronavirusdan 20 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 181-ə yüksəlib.

Ölkəmizdə isə son sutkada koronavirus infeksiyasına 1 594 yeni yoluxma faktı qeydə alınıb, 2 543 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 475 053 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR