ABŞ-dan Rusiyaya qarşı YENİ SANKSİYA:

ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qanun layihəsini təsdiq edib.

Metbuat.az xəbər verir ki, siyahıda rəsmi şəxslər arasında Rusiyanın baş nazir, Rusiya prezidentinin mətbuat katibi, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri, Rusiya Milli Qvardiya Federal Qoşunlarının rəhbəri, Rusiya İstintaq Komitəsinin rəhbəri , səhiyyə naziri və Moskvanın meri var. İş adamları Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, jurnalistlərdən isə “Rossiya Seqodnya” və RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan və "ORT"ın kanalının rəhbəri Konstantin Ernst və bir sıra başqa şəxslərin adı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR