Paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olundu -

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun "Baş məşqçilərin təyinatı haqqında" olan əmrinə əsasən, 28 avqust-8 sentyabr 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar olaraq 2021-2024-cü illər üzrə Milli Paralimpiya komandalarına idman növləri üzrə baş məşqçilər təyin olunub.

Metbuat.az xəbər verir ki, əmrə əsasən aşağıdakı şəxlər baş məşqçilərdir:

1. İbrahimov İbrahim Eldar oğlu-kişilərdən ibarət cüdo idman növü üzrə milli komandanın,
2. İbrahimov Ramin İbrahim oğlu - qadınlardan ibarət cüdo idman növü üzrə milli komandanın,
3. Panyutin Oleq Viktoroviç- atletika idman növü üzrə milli komandanın,
4. Culfayev Alavərdi Abasoviç-üzgüçülük idman növü üzrə milli komandanın,
5. İbişov İlqar Əsgər oğlu - pauerliftinq idman növü üzrə milli komandanın,
6. Abdullayev Yusif İnqlab oğlu - güllə atıcılığı idman növü üzrə milli komandanın,
7. Abbasov İlqar Əziz oğlu - kamandan oxatma idman növü üzrə milli komandanın,
8. Tağızadə Fərid Əvəz oğlu-para-taekvondo idman növü üzrə milli komandanın,
9. Abdullayev Zahir Abdulla oğlu-qolbol idman növü üzrə milli komandanın,
10. Məhərrəmov İlham Nadir oğlu-boccia idman növü üzrə milli komandanın,
11. Qubuşova Ruqiyyə Heydər qızı - stolüstü tennis idman növü üzrə milli komandanın,
12. Məlikov Asəf Adil oğlu - qılıncoynatma idman növü üzrə milli komandanın,
13. Həsənquliyev Amid Umud oğlu - para-velosiped idman növü üzrə milli komandanın,
14. İsmayılov Məhəmməd Sahib oğlu - qış idman növləri üzrə milli komandanın baş məşqçiləri təyin ediliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR