Azərbaycanda şərab turizminin inkişaf etdirilməsi üçün "Azerbaijanwine.com" saytı yaradılıb.
Metbuat.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova deyib.
O bildirib ki, sayt azərbaycan və ingilis dilində fəaliyyət göstərir.
"Burada həm yerli, həm də xarici şərablar, eyni zamanda ölkəmizdə şərab turizminin inkişaf etdiyi yerlər haqqında məlumat var".