x
Loading...

Vətən müharibəsinin başlanmasından bir il ötür

Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür.

Metbuat.az xəbər verir ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlayıb.

Vətən müharibəsinin ilk günlərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirməyə başladılar.

Döyüşlər başlayandan saatlar sonra ilk qələbə xəbərləri gəldi. Strateji yüksəkliklər və kəndlərimiz əsgərlərimiz tərəfindən azad edildi. İlk azad olunan ərazilər Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər oldu. İlk qələbə xəbərini eşidən Azərbaycan xalqının sevinci bütün ölkəni bürümüşdü. Qalib gəlmək, düşməni darmadağın etmək, ən əsası isə 30 ilin acısını dindirmək istəyən xalq tamam yox, davam dedi.

Vətən müharibəsi ilə əlaqədar təsis ediləcək yeni orden və medallar -  SİYAHI <span class="red" data-verified=

Hərbi vəziyyətlə əlaqədar Milli Məclisdə keçirilən iclasda 27 sentyabr 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunması qərarı qəbul olundu. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edildi. Həmçinin, Azərbaycan Hava Yollarının mətbuat xidməti 30 sentyabr tarixinədək Azərbaycan Respublikasının bütün hava limanlarının müntəzəm sərnişin reysləri üçün bağlanacağını açıqladı.

Sentyabr ayının 28-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzaladı. Həmin gündən etibarən oğullar hərbi komissarlığın önündə toplaşaraq torpaqlarımızın işğaldan azad edilməsi üçün, könüllü olaraq cəbhəyə yollanmaq üçün sıraya düzüldülər. Hər birinin də dilində tək kəlimə var idi: “Biz canımız, qanımızla bu torpaqlar üçün vuruşmağa hazırıq. Qarabağ Azərbaycandır”. Azərbaycanın hər bir qəhrəman oğlunun sadəcə bir duruşu erməni vandallarını lərzəyə gətirdi. Bunun sübutudur ki, ermənilər döyüş meydanından papaqlarını ataraq qaçdılar. Bunun sübutudur ki, düşmən geri çəkildi.

Cəbrayılın işğaldan azad olunması

İşğaldan azad olunan ilk rayonumuz Cəbrayıl oldu. Oktyabr ayının 4-də kəndlərin və strateji yüksəkliklərindən ardından Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad edildi. Böyük coşqu və sevinc var idi. Azad edilən hər qarış torpağı Azərbaycan oğulları qanıyla, canıyla alırdı.

Azərbaycanın arda-arda strateji yüksəklikləri, kəndləri işğaldan azad etməsi mənafeyinə uyğun gəlməyən ölkələri çox narahat edirdi. O qədər nahat edirdi ki,ölkə başçıları Prezidentİlham Əliyevə şəxsən zəng edərək cəbhədəgedən döyüşlərdən narahalıq duyduqlarınıifadə edirdilər.

Oktyabr ayının 10-da Moskvada Birinci humanitar atəşkəs razılaşması imzalandı. Atəşkəsdən 24 saat keçməmiş Ermənistan rəhbərliyi Gəncə şəhərini raket atəşinə məruz qoydu. Bu hücum nəticəsində 10 mülki şəxs şəhid olmuş,40 – dan çox vətəndaşımız isə yaralanmışdır. Görünən o idi ki, Emənistan rəhbərliyi dayanmaq istəmir və ya məsəslənin sülh yolu ilə həllinə nail olmaq istəmirdi. 30 il səbr edən, sülh yolunu üstün tutan bir xalqı görməzdən gələn bəzi ermənipərəst qüvvələr müharibəni bizim başlatdığımızı zənn edir və dayanmaq üçün ölkə rəhbərliyinə müraciət edirdi. Ermənistan isə öz əməlindən nə peşmanlıq duyurdu, nə də mülki əhalinin qanını içməkdən...

Füzulinin işğaldan azad olunması

Qələbəni həzm edə bilməyən ermənilər sərhədyanı və cəbhə bölgələrinə uzaq əraziləri raket atəşinə tutdu. Müharibə qanunlarına zidd əməlləri törətməkdə davam edən Ermənistan rəhbərliyi mülki əhaliyə hücum etməklə öz çirkin əməlini yenə də ortaya qoydu. Cəbhədə döyüşmək ağır gəlirdi. Buna görə də, tək çarəsi mülki əhalini qorxutmaq idi. Amma gözlədiyinin əksini yaşadı. Ermənistan rəhbərliyi Azərbaycan xalqının 30 illik səbrindən nəinki nəticə çıxarmamış, bu müddətdə torpaq həsrəti ilə yaşayan bir xalqın vətən, torpaq sevgisinə bələd olmamışdı.

Tərtər, Ağdam, Gəncə, Bərdə, Mingəçevir, Xızı kimi şəhərlərimiz raketi atəşinə məruz qaldı. Oktyabr ayının 17-də Ermənistan rəhbərliyi Gəncə şəhərini raket atəşinə tutdu. Gəncə şəhəri müharibə başlayandan hərbi hücuma məruz qalırdı. Ən böyük fəlakətin yaşandığı 17 oktyabrda isə gecə saatlarında şəhər raket atəşinə tutuldu. Gəncə şəhərində xaincəsinə edilən hücumun qisası alındı. Oktyabr ayının 17-də prezident İlham Əliyev xalqa müraciət etdi vəmüjdəlixəbər verdi. Oktyabr ayının 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edildi.

Oktyabr ayının 18-də növbəti - İkinci humanitar atəşkəs razılaşması imzalandı. Əsas məqsəd tərəfləri 30 ildir ki, həll olunması üçün gözlənilər Qarabağ məsələsinin sülh yolu ilə həllinə nail olmaq idi. Unutduqları bir reallıq var idi. Humanitarlıq və Ermənistan sözlərini yan- yana işlədirlər. Ermənistan rəhbərliyi humanitarlığın nə olduğunu bilsəydi, atəşkəs elan olunandan saatlar və ya dəqiqələr sonra məğlubiyyət hirsini mülki əhalidən çıxmazdı. Prezident İlham Əliyevin də dediyimi kimi “Biz Ermənistanın mülki əhalisini hədəfə almırıq, hərbi mövqeləri hədəf alırıq”.

Digər bir parlaq qələbə xəbəri də Oktyabr ayının 18-də gəldi. Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı dalğalanmağa başladı.

Qələbə sevincini yaşayan Gəncə - FOTOLAR - VİDEO - Yeni Gəncə

ZəngilanQubadlının işğaldan azad olunması

Oktyabr ayının 20-də Prezident İlham Əliyev xalqa müraciət etedərək Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri və Zəngilan şəhərinin işğaldan azad olunması xəbərini çatdırdı.

Zəngilan rayonu işğaldan azad edildikdən 5 gün sonra Qubadlı şəhəri işğaldan azad edildi. Qubadlı bizimdir, Qarabağ Azərbaycandır. Qubadlı rayonu da işğaldan azad edildi. Mincivan qəsəbəsi, Ağbənd qəsəbəsi kimi strateji ərazilər ordumuzun nəzarətinə keçdi.

Oktyabr ayının 26-da Vaşinqtonda tərəflər arasındaüçüncü humanitar atəşkəs elan edildi. Budəfəkiatəşkəs rejiminə də əməl etməyən Ermənistan oktyabr ayının 27-də Bərdə şəhərinə artilleriya hücum təşkil etdi. Azərbaycanın tarixi şəhəri Bərdə günorta saatlarına xain düşmənin vəhşiyinə məruz qaldı. 3 soydaşımız şəhid oldu. Növbəti böyük hücum isə oktyabrın 28-də baş verdi. Bərdə şəhəri raket atəşinə məruz qaldı. Nəticədə 21 nəfər şəhid oldu,40-dan çox şəxs yaralandı. Şəhərin infrastrukturuna ciddi ziyan dəydi.

Və 8 noyabr günü...

Paytaxt sakinləri Şuşanın azad olunmasını qeyd edirlər - VİDEO | No Comment

Azərbaycan Televiziyası Prezident İlham Əliyevin xalqa müraciət edəcəyini açıqladı. Bu dəfə Prezident İlham Əliyev xalqa Şəhidlər Xiyabanından müraciət etdi:

“ Əziz həmvətənlilər, əziz bacılar və qardaşlar böyük qürur və fəxarət hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. 28 il yarım işağl altında olan Şuşa azad edildi. Şuşa indi azaddır, biz Şuşaya qayıtmışıq. 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaq. Bu, bizim şanlı zəfərimizin, qələbəmizin gündür.

Şuşanı azad etdik! Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.

Biz yenilməz xalqıq. Yumruq göstərmişdim düşmənə, demişdim ki, bu yumruq helə belə yumruq deyil. Bu,dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Bu yumruq bizim birliyimizin rəmzidir. . Azərbaycan xalqı bu yumruq kimi birləşib. Bu yumruq əbədi olacaq”.

Uzun sürən danışıqlar, döyüşlər sonrası noyabr ayının 10-da tərəflər razılığa gəldi. Dastana dönən 44 günlük müharibəmiz bitdi. Özü də Azərbaycan xalqının qələbəsi ilə .

10 noyabr Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub. Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.

Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verildi. Lakin ermənilərin 10 gün əlavə vax istmısi ilə Kəlbəcər rayonu noyabr ayının 25 də Azərbaycana qaytırıldı. Dekabr ayının 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bununla da təmin olundu.

Ümumilikdə, Azərbaycan 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran sərhədini işğaldan azad etdi.

Müharibədə qalibiyyət qazanmışıqsa, bu, 2907 Azərbaycan qəhrəmanının, igidlərinin Vətən uğrunda canı, qanı bahasına qazanılan qələbədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində 7 nəfərin isə itkin düşdü. Qismən səfərbərlik elan edildiyi gündən xalq yumruq olub ön cəbhəyə yollandı. Hərbi komissarlığın önündə gözləyən minlərlə gənc könüllü olaraq orduya qoşularaq düşməni məhv etdi. "Qarabağ Azərbaycandır!" deyib cəbhəyə yollanan igidlərimiz qisası qiyamətə saxlamadı.

Allah hər birinə rəhmət eləsin, ruhları şad olsun! Onlar heç vaxt unudulamayacaqlar.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR