Merkel "çökdü": Almaniyada yeni dönəm başlayır

Almaniyada keçirilən prezident seçkilərində Sosial Demokrat Partiyası səslərin 25,7 faizini əldə edərək qələbə qazanıb.

Metbuat.az xəbər verir ki, Angela Merkelin Xristian Demokrat İttifaqı 24,1 faiz səs toplayıb. Bu 4 il əvvəlki seçkilərdən 8,9 faiz azdır. Yaşıllar Partiyası isə 14,1 faiz səslə 3-cü yeri tutub. Hazırki nəticələrə görə, Sosial Demokrat Partiyası bundestaqda 205, Xristian Demokrat İttifaqı isə 194 deputatla təmsil olunacaq. Sosial Demokrat Partiyasının lideri, Maliyə naziri Olaf Skolz Yaşıllar partiyası ilə hökumət quracağını bəyan edib.

Qeyd edək ki, Angela Merkel bu il patiya sədrliyindən və postundan ayrılacağını, namizəd olmayacağını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR