Göyçayda avtomobil körpüsü uçub? -

Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı video görüntülü məlumat paylaşılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumatda bu hadisənin 2018-ci ilə aid olduğu bildirilib.

"Rəsmi olaraq bildirirk ki, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində balansımızda olan hər-hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR