Hüsnü Mübarəkin qardaşı qızı ilə birlikdə oldu, Ronaldonun sevgilisini əlindən aldı -

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 85 yaşını qeyd edir.

Metbuat.az xəbər verir ki, Berluskoni, ehtimal ki, bu günü ailəsi ilə qeyd edəcək. Nəşr qeyd edir ki, səxavəti və qonaqpərvərliyi ilə tanınan Berluskoni, şübhəsiz ki, əla bir ziyafət təşkil edəcək.

Berluskoni siyasi karyerası ilə yanaşı təşkil etdiyi əyləncə gecələri ilə də məşhurdur. Berluskonin təşkil etdiyi "bunqa-bunqa" əyləncə gecələri İtaliyada xüsusilə yaddaşlarda qalan hadisələrə şahid olub. İtaliyanın keçmiş baş nazirinin həddi buluğa çatmayan qızla pul qarşılığında cinsi əlaqəyə giriyi üçün 7 il həbs cəzasına məhkum olması barədə də iddialar var.

Məlumat üçün bildirək ki, Berluskoninin "hərəm"ində 30-dan çox qadın olub.

Berluskoninin qadınlarının haqqında məlumatı təqdim edirik:



Kərimə əl Mahruk
Kərimə əl Mahruk Berluskoninin həbs olunmasında əsas rolu oynayıb. O, fahişəlik etmədiyini və Berluskoni ilə cinsi əlaqədə olmadığını mətbuata bildirsə də, məhkəmə heyəti 7 saatlıq məşvərətin sonunda sabiq Baş nazirin həbsinə qərar verərək, qızın ifadəsini səmimi hesab etməyib. Bundan əlavə İtaliya mətbuatı Kərimə əl Mahrukun Misirin devrilən lideri Hüsnü Mübarəkin qardaşı qızı olduğunu da bildirib. Məhkəmənin siyasi məqsəd daşıdığını söyləyən Berluskoni isə ittihamları rədd edib.

Model Letiza
Alt paltarlarının tanıtımını edən Letizia, Berluskoninin 30 illik həyat yoldaşı Veronika Lario ilə boşanmasına səbəb olub. Letizianın 18 yaşı tamam olanda ad gününə qatılan və gənc modelə almaz boyunbağı hədiyyə edən Berluskoni, Letizianı uşaqlığından bəri tanıdığını, aralarında cinsi əlaqə olmadığını söyləmişdi. Ancaq o da, Baş nazirin Milad bayramı ərəfəsində çoxlu qadını dəvət etdiyi və "Bunga Bunga" adı verilən seks partidə iştirak edənlər arsında idi.

Patrizia D’Addario

2008-ci ilin noyabrında Berluskoniylə pul qarşılığında birlikdə olduğunu iddia edib. Berluskoni bu iddianı qəbul etməyib. "Aramızda konflikt olmuşdu, pul ödəmədim" deyə bildirmişdi.
Baş nazirlə birlikdə olan qadınların hamısı onun boyunbağı, "broşka" kimi hədiyyələr verməkdən xoşlandığını bildiriblər.



Nadya Makri

2010-cu ilin noyabrında Berluskoniylə iki dəfə birlikdə olduğu ortaya çıxan 28 yaşlı Nadya Makri "Baş nazirlə jakuzide sekslə məşğul olan qadın" olaraq tanınır.

Nikole Minetti
İtaliya Baş naziri ilə eyni partiyadan olan deputat Nikole Minettinin Berlusconiyə seks partilər təşkil etdiyi iddia olunur.

Aida Yespika
Venezüellalı "showgirl" Aida Yespika Berluskoniylə 2007-ci ildə birlikdə olmuşdu. "Onu atam kimi sevirəm" demişdi.



Mara Karfaqna
32 yaşlı model Mara Karfaqna arvadı Veronika Lariodan boşandıqdan sonra Berluskoni ilə G8 zirvəsində iştirak etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR