Əfqanıstanda terror hücumları -

Əfqanıstanın Cəlalabad şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində dörd nəfər ölüb.

Metbuat.az xəbər verir ki, ölənlərin ikisi “Taliban” üzvüdür.

Əfqanıstan Müstəqil Jurnalistləri Qoruma Dərnəyi jurnalist-yazıçı Sayed Maruf Sadatın ölən mülki şəxslər arasında olduğunu açıqlayıb. Ölən digər mülki şəxs isə Sadatın qohumu olub.

Biri Sadatın oğlu olmaqla, iki nəfər yaralanıb. Hücumu hələlik üzərinə götürən olmayıb.

Bundan başqa, Cüzcan vilayətinin Akça rayonunda bir toya bombalı hücum olub. Hücumda biri gəlin olmaqla, iki nəfər həyatını itirib.

Qeyd edək ki, ölkədə “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra İŞİD-in terror hücumları artmağa başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR