Sumqayıtda minik maşını yük maşınına çırpılıb

Sumqayıt şəhərində "LADA" markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR