Bu dəfə Kimya üzrə Nobel mükafatı onlar aldı

Bu gün 2021-ci il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları bəlli olub.

Metbuat.az xəbər verir ki, mükafat Benjamin List (Almaniya) və David MacMillana (ABŞ) verilib. Belə ki, onlar “asimmetrik orqanokatalizin inkişafı”na görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, bu il amerikalı fizioloq Devid Culius tibb və fiziologiya üzrə, yaponiyalı meteoroloq və iqlimşünas Syukuri Manabe, almaniyalı okeanoqraf Klaus Hasselmann və italiyalı fizik Corco Parizi fizika mükafatı əldə edib.

Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR