Eynşteynin köməkçisindən İDDİALI AÇIQLAMA:

Dövrünün ən böyük dahilərindən olan və bu gün də elm dünyasına rəhbərlik edən nəzəri fizik Albert Eynşteyn haqqında bir çox nəzəriyyə irəli sürülmüşdür. Ancaq bu dəfə nəzəriyyənin müəllifi Eynşteynin köməkçisi olub.

Metbuat.az xəbər verir ki, məşhur fizikin keçmiş köməkçisi "Dr. Shirley Wright" , Eynşteynin 5 yad planetli cəsədinin araşdırdığını və bunun şahidi olduğunu iddia edib.

İngiltərənin "The Sun" qəzetində yer alan xəbərə görə, "Dr Shirley Wright", 1947 -ci ildə ABŞ-ın Nyu Meksiko ştatının Roswell şəhərində UFO qəzası nəticəsində tutulan 5 yadplanetlinin yarılmasında iştirak etdiklərini söyləyib.

"Bu, kainat haqqında daha çox şey öyrənə biləcəyimizə ümid verirdi. Əcnəbilərlə təmasın həm də dünyamız üçün faydalı ola biləcəyinə inanırdıq" deyə Eynşteynin keçmiş köməkçisi bildirib. O açıqlamasında qeyd edib ki, yarılma prosesinin birində Eynşteyin özü də iştirak edib.

"Təxminən 1,5 metr uzunluğunda, saçsız, böyük başlı və böyük qara gözlərə sahib idilər. Onların yaşıl rəngli boz dərisi və dar paltarları var idi. Səlahiyyətlilər bununla bağlı Eynşteynə məlumatlar hazırlamasını və bu barədə heç kimə danışmamağı demişdilər".

Albert Eynşteynin, ömrü boyu yadplanetlilərə inandığını bildirən köməkçisi 1920-ci ildə verdiyi müsahibədə "Marsda və digər planetlərdə məskunlaşmaqla bağlı bütün əsaslarımız var. Yerdən başqa digər planetlərdə də yaşamaq şansını düşünməliyik" deyə bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR