Ukraynalı deputat "Dinamo" - "Şaxtyor" matçından sonra döyüldü

Kiyev "Dinamo"su ilə Donetsk "Şaxtyor"u arasındakı Ukrayna Premyer Liqasının X tur oyunundan sonra insident baş verib.

"Olimpiya" stadionundakı görüş başa çatdıqdan sonra iki azarkeş Kiyev Şəhər Şurasının deputatı Mixail Nakoneçnını döyüblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, millət vəkilinə xəsarət yetirən şəxslər hadisə yerindən qaçıblar. Nakoneçnı isə tibbi müayinə üçün xəstəxanaya göndərilib. Cinayətin üstü hələ də açılmayıb.

Qeyd edək ki, "Dinamo" - "Şaxtyor" matçı qolsuz heç-heçə ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR