Belqradda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə sənayesi naziri Mədət Quliyev Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiçlə birgə DÇ-2022-nin seçmə mərhələsində milli komandamızın Serbiya ilə baş tutan matçını izləyib.

Metbuat.az-ın məluamtına görə, bu barədə Udoviçiç öz tvitter hesabında paylaşım edib.

Qeyd edək ki, millimiz Serbiyaya 1:3 hesabı ilə uduzub.

Azərbaycanlı nazirlər millimizin oyununu tribunadan izlədi