SON DƏQİQƏ: Rusiya S-500 müdafiə sistemini işə saldı

Rusiya S-500 hava hücumundan müdafiə sistemini istifadəyə verib.

Metbuat.az Tass-a istinadən xəbər verir ki, müdafiə sistemi artıq işlək vəziyyətdədir. Məlumata görə, ilk müdafiə sistemi paytaxt Moskvanın mühafizəsini təşkil edəcək. Bildirilir ki, S-500-lərin ikinci batareyası bu ilin sonun qədər ordunun istifadəsinə verəcək.

Qeyd edək ki, S-500-lərin son testi iyul ayında uğurla həyata keçirilmişdi. Müdafiə sistemləri döyüş başlığı daşıyan ballistik raketi zərərsizləşdirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR