Pərakəndə ticarət dövriyyəsi artıb

Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30350,1 milyon manatlıq, o cümlədən 16406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Metbuat.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi30 350,1102,8
o cümlədən:
ərzaq məhsulları14 859,5102,6
içkilər və tütün məmulatları1 546,8100,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar4 561,1101,1
elektrik malları və mebellər1 663,1102,0
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları277,7122,0
əczaçılıq məhsulları və tibbi ləvazimatlar682,0136,1
avtomobil benzini və dizel yanacağı1 820,6103,1
digər qeyri-ərzaq malları4 939,3101,4

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,4 faizi ticarət müəssisələri, 49,1 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,5 faiz artmış, fərdi sahibkarlar üzrə 2,7 faiz, bazar və yarmarkalarda 3,9 faiz azalıb

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 336,8 manatlıq, o cümlədən 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq qeyri-ərzaq malları alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR