Vaşinqtonda İranla bağlı gərginlik müzakirə olundu

ABŞ-ın Dövlət katibi Entoni BlinkenSəudiyyə Ərəbistanı Xarici İşlər naziri Feysəl bin Farhan əs-Səud arasında görüş olub.

Metbuat.az xəbər verir ki, Vaşinqtonda keçirilən görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı İranın nüvə proqramı da müzakirə edilib. Görüşün məhsuldar keçdiyini ifadə edən diplomatlar bəyan edib ki, həm krallıq həm də ABŞ İranın nüvə silahı əldə etməsinə qarşıdır.

Onların sözlərinə görə, Tehranın bu addımları regionda gərginliyi artırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR