Sumqayıt şəhərində şəhid Nadir Rzayevin xatirəsi

Böyük qələbə ilə başa çatan Vətən müharibəsində, şəhidlik zirvəsinə ucalan şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı Rzayev Nadir İlqar oğlunun anım günü keçirilib.

Metbuat.az xəbər verir ki, Rzayev Nadir İlqar oğlu 18 noyabr 1994-cü ildə dünyaya gəlib. O, 2000-2011-ci illərdə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə təhsil almışdır. O, 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə iştirak edərək, 2014-cü ildən artıq Xüsusi Təyinatlı Dəstələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçib.


Azərbaycan Ordusunun kəşfiyyatçısı olan Rzayev Nadir İlqar oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ön cəbhəyə gedərək Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb.


Nadir Rzayev son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda sücaət göstərərək, döyüş bölgəsində oktyabrın 15-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 15 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən Nadir Rzayev İlqar oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik. Allah rəhmət etsin!.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR