Yol qəzalarının qorxunc statistikası: 500-dən çox şəxsi ölümə aparan

Xəbər verdiyimiz kimi, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) cari ilin 9 ayı ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikasını yayıb.

Metbuat.az xəbər verir ki, bu il ölkədə baş verən qəzalarda 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb. Belə ki, yol-nəqliyyat hadisələrinin 1130-u, yəni 96.5%-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş verib. Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub.

Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir.

Bundan başqa, yol-nəqliyyat hadisələrin növləri içərisində toqquşma (395), aşma (113), maneəni vurma (110) halları da üstünlük təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR