Satışa çıxarılan evdə çəkiliş aparan makler ŞOKA DÜŞDÜ: Hamamdakı güzgüdə...-

ABŞ-da satışa çıxarılmış evin görüntülərini müştərilərinə təqdim etmək üçün mənzildə çəkiliş aparan vasitəçi, özü də bilmədən qəribə görüntü qeydə alıb.

Metbuat.az xəbər verir ki, hamamda aparılan çəkiliş zamanı kameraların obyektinə naməlum şəxs düşüb. Vasitəçi isə bunu bir neçə saat sonra çəkdiyi kadrlara baxarkən görüb. Araşdırmalar nəticəsində məlum olub ki, satışa çıxarılan mənzil axtarışda olan Brian Laundrienin valideynlərinə məxsusdur.

Qeyd edək ki, Brian qətlə yetirilən sosial media fenomeni Qabriell Petitonun nişanlısıdır. Qızın ölümündən sonra Brian yoxa çıxıb. Polislər güman edir ki, mənzilin hamamındakı çəkiliş zamanı güzgü vasitəsilə kameranın obyektinə düşən məhz Brian olub. O, satışa çıxarılan valideynlərinin evində gizlənibmiş.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR