Rusiya Dövlət Dumasında 10-dan çox deputat koronavirusa yoluxdu

Rusiya Dövlət Dumasında koronavirusa yoluxan deputatların sayı 13-ə çatıb.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

O, ötən gün yoluxanların sayının 12 nəfər olduğunu xatırladıb.

Spikerin sözlərinə görə, Dumanın yeni tərkibində bu günədək deputatların 30 faizində COVID-19 aşkar edilib. Deputatların 62 faizi isə vaksin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR