Mourinyo biabırçı məğlubiyyətdən sonra bunu etdi

"Roma"nın baş məşqçisi Joze Mourinyo Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Norveçin "Budo Qlimt" klubunda 1:6 hesablı biabırçı məğlubiyyətdən sonra etdiyi hərəkətlə diqqət çəkib.

Metbuat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra yerli vaxtla saat 02:30-da Romaya çatan komandanın futbolçularının klubun bazasından ayrılmasına və oyununun növbəti günü aiələrinə vaxt keçirməsinə icazə verməyib. O, saat 11:30-a məşq təyin edərək A seriyasında oktyabrın 24-ü oynanılacaq "Napoli" ilə görüşün hazırlıqlarına başlayıb.

Qeyd edək ki, bu matçla ilk dəfə 56 yaşlı mütəxəssisin çalışdırdığı bir komanda qapısından 6 top buraxıb. / Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR