Bu gün BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.
Metbuat.az xəbər verir ki, toplantıda Sudanda baş verən hərbi çevriliş müzakirə edləcək. Toplantıdan əvvəl BMT-nin Sudandakı xüsusi nümayəndəsi videokonfrans vasitəsilə təşkil etdiyi mətbuat konfransında ordunun hakimiyyəti ələ keçirdiyini bəyan edib.
Qeyd edək ki, ötən gecə Sudanda hərbçilər 4 naziri girov götürüb. Hökumət və dövlət binaları nəzarətə götürülüb.