Astroloqlara görə, hər bürcün özünəməxsus xüsusiyyətləri var. Lakin bəzi bürclər təmiz qəlbləri və saf duyğuları ilə digərlərindən fərqlənir. Onların saflığı və məsumluğu hər kəsi heyran edir. Bu bürclərin nümayəndələri yalnız davranışları ilə deyil, niyyətləri ilə də insanlara ilham verir. Onlar özlərindən qabaq başqalarını düşünürlər.
Metbuat.az xarici KİV-ə istinadən dürüstlüyü və səmimiyyəti ilə ön plana çıxan həmin üç bürcü təqdim edir.
Balıqlar bürcü
Balıqlar astrologiyada şəfqət və mərhəmət deyildikdə ilk ağla gələn bürcdür. Onlar ətrafındakılara yardım etməyi və sevgi ilə yanaşmağı təbii refleks halına gətirmişdir. Empatiya qabiliyyətləri yüksəkdir. Balıqlar insanların hisslərini dərindən başa düşür, onlara dəstək olmaqdan çəkinmirlər. Xəyal gücü ilə fərq yaradırlar. Təmiz qəlbləri yaradıcı dünyalarını da bəsləyir və hər zaman yaxşı niyyətli işlər görürlər.
Xərçəng bürcü
Xərçəng bürcləri astrologiya dünyasında emosional dərinlikləri və güclü münasibətləri ilə tanınır. Onlar üçün ən önəmli şey sevdiklərinin xoşbəxtliyidir.
Fədakarlıqları ilə tanınırlar. Özlərinə güzəştə gedərək başqalarını xoşbəxt etməyə çalışırlar. Xərçənglər ətrafındakılara qarşı hər zaman qoruma instinkti ilə hərəkət edir.
Tərəzi bürcü
Tərəzi bürcləri ədalət hissi ilə hərəkət edən və hər zaman dürüstlüyü ön planda tutan şəxslərdir. Astrologiyanın sülhpərvər bürcləri olan tərəzilər ətraflarında münaqişə olduğunda vasitəçi rolunu üzərlərinə götürərək hər kəsi sakitləşdirmə qabiliyyətinə malikdirlər. Pozitiv enerji yayırlar. Tərəzi bürcləri insanlara rahatlıq verən təbii auraya sahibdir.