Hindistanın Uttar Pradeş əyalətində 185 illik tarixi olan Nuri məscidinin bir hissəsi sökülüb.
Metbuat.az xəbər verir ki, rəsmilər məscidin sökülməsini magistral yolunu bağlaması ilə əsaslandırıb. Dövlət rəsmiləri məscidin magistral yolu pozan hissəsinin qanunsuz olduğunu və buna görə də söküldüyünü iddia ediblər. Yerli hökumət rəsmiləri isə məscid ərazisinin peyk və tarixi görüntülərinə istinad edərək, söküntü prosesinin qanunsuz olduğunu bildiriblər. Nuri məscidinin Himayədarlar Şurasının sədri Məhəmməd Muin Han bildirib ki, Nuri məscidi 1839-cu ildə tikilib. Buradakı avtomobil yolu 1956-cı ildə çəkilib. Buna görə də, məscidin bir hissəsinin qanunsuz olduğunu demək əsassızdır. Məsələ ilə bağlı məscid rəhbərliyi məhkəməyə müraciət edib. Məscidin bir hissəsinin sökülməsinə etirazlar edilib. Hindu ekstremistləri bəzi məscidlərin dağıdılmış məbədlərin üstündə tikildiyini iddia edirlər.
Qeyd edək ki, Hindistanın 250 milyondan çox əhalisi ilə ən sıx məskunlaşan əyaləti olan Uttar Pradeş eyni zamanda ölkədə ən çox müsəlmanın yaşadığı əyalət kimi də seçilir.