Epidemioloji vəziyyətlə bağlı təcili tibbi yardıma müraciətlərdə kəskin artış yoxdur.

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə mövsümlə əlaqəli kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur.

V.Qurbanov qeyd edib ki, xəstəxanalara insanların müraciət sayı normal səviyyədədir.