Koronavirus xəstəsi avtobusda saxlanıldı

Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi aşkarlanıb.

Bu barədə Metbuata.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Suraxanı RPİ əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR