Gəncədə tələbə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb.

Liseyin tələbəsi, Samux rayonunun Sərkar kənd sakini, 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR