Milyonçu Mourinyo küçədə nahar etdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo diskvalifikasiyaya görə “Kalyari”nin stadionuna gedə bilməyib, pilləkənlərdə nahar etməli olub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, İtaliya çempionatının 10-cu turunun oyununda “Roma” “Kalyari” üzərində əzmkar qələbə qazanıb – 2:1.

Roma klubu məşqçilər skamyasında və Joze Mourinyonun paltardəyişmə otağında rəhbərlik edə bilməyib.

“Roma”nın baş məşqçisi “Napoli” ilə bundan əvvəlki oyunda diskvalifikasiya olunub.

Bununla belə, Mourinyo oyuna gəlib. Onu stadiona buraxmadıqları üçün Joze küçədə evsiz adam kimi nahar etməli olub. Onun “Roma”da illik maaşı 7,5 milyon avrodur.

“Oyun başa çatdı. Üç xal. Yaxşı yeməkdir”, - Maurinyo “Instagram”dakı şəklinin altında yazıb. / lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR