Fərhad Ağamalıyev vəfat etdi -

ABŞ-da yaşayan azərbaycanlı gənc Fərhad Ağamalıyev vəfat edib.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun qardaşı Rəşid Ağamalıyev yayıb.

İlkin məlumata görə, 23 yaşlı gənc bir neçə gün komada qaldıqdan sonra həyatını itirib. Onun ölüm səbəbi hələ ki, açıqlanmır.

Xalq artisti Yusif Eyvazov da F. Ağamalıyevin ölümü ilə bağlı paylaşım edib. Onun sözlərinə görə, gənc faciəvi şəkildə dünyasını dəyişib. Qeyd edib ki, F. Ağamalıyev onun komandasının üzvü olub.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR