Erkən doğulan uşaqlarda hansı problemlər müşahidə edilir? -

Vaxtından əvvəl doğulan uşaqlarda bir sıra problemlər müşahidə olunur.

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov nazirliyin "İnstagram" səhifəsində “Vaxtından əvvəl doğulmuş uşaqlarda görülən sağlamlıq problemləri" mövzusunda canlı yayımda qonaq olarkən deyib.

Pediatr bildirib ki, erkən doğulanlar arasında ən sıx rastlanan tənəffüslə bağlı problemdir: “Çünki 37 həftədən tez dünyaya gələn uşaqlarda ağciyər problemi olur. Bundan əlavə ürəklə, gözlə əlaqəli ciddi problemlər müşahidə oluna bilər. Erkən dünyaya gələn uşaqlarda immunitet zəif olduğu üçün infeksiyaya daha çox meyilli olurlar".

Onun sözlərinə görə, erkən doğulan körpələrdə ürəklə, görmə və eşitmə ilə bağlı ciddi problemlər də ola bilər. Həmçinin infeksiya və beyinlə bağlı problemlər də olur. Belə uşaqlarda damarlar yumşaq və kövrək olduğu üçün beyindaxili qanama riski çox yüksəkdir. Buna görə həmin uşaqlara sakit mühit lazımdır. Bağırsaqla bağlı da ciddi problemlər ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR