Şəhid həkimlərimizin ailələrinə mənəvi dəstək istiqamətində tədbir keçirilib -

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin dəstəyi ilə şəhid həkimlərimizin ailələrinə mənəvi dəstək istiqamətində tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Tibb Universiteti, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində şəhid olmuş 18 həkimin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Tibb Universitetinin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, tanınmış ictimaiyyət nümayəndələri iştirak edərək çıxış ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövrünə nəzər salaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında fədakarlıq göstərmiş Azərbaycan ordusunun Erməni silahlı birləşmələri tərəfindən istila edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edilməsində göstərdikləri tarixi qələbə Zəfərindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, 44 günlük haqq savaşında qəhrəmancasına vuruşaraq şəhid olmuş Şəhidlərə və onların ailələrinə diqqət və dəstək göstərmək hər bir Azərbaycanlının vətəndaşlıq borcudur. Qurum rəsmiləri qeyd ediblər ki, 44 günlük müharibə zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərkən Şəhidlik zirvəsinə ucalmış həkimlərizin əziz xatirəsi ehtiramla anılaraq örnək kimi yeni nəsilə təbliğ edilməlidir.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Jurnalistlərə açıqlamasında bildirdi ki, bu cür milli, vətənpərvər ruhlu tədbirləri keçirməkdə məqsəd qüdrətli dövlət Başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin Şəhidlərə və onların ailələrinə diqqət və qayğı yönümündə gördüyü məqsədyönlü uğurlu fəaliyyətə ictimai dəstək olmaqla yanaşı, milli birlik, həmrəylik nümayiş etdirməkdir. Zamin Zeynal onu da vurğuladı ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən Dövlət, QHT, Özəl sektor tərəfdaşlığı və əməkdaşlığı fonunda milli, Vətənpərvər əzimdə, ictimai, siyasi, mənəvi dəstək yönümlü idea və təşəbbüslər, tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR