Gərginlik: Pakistan donanması atəş açdı -

Ərəbistan dənizində gərginlik baş verib.

Metbuat.az xəbər verir ki, Pakistanın Dəniz Təhlükəsizliyi Agentliyinin qüvvələri Hindistanın balıqçı gəmisinə atəş açıb. Nəticədə 1 nəfər həlak olub. 1 nəfər isə yaralanıb. Hindistan mənbələrinin məlumatına görə, hadisə zamanı kiçik gəmidə 7 balıqçı olub. Hadisənin səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR