Türkiyə bütün qəlbi və canı ilə Azərbaycanın yanındadır -

“Qarabağ zəfərində qazanılan qələbə, siyasi, hərbi və diplomatik lider kimi Cənab Prezident İlham Əliyevin adını dünya və Türkiyə tarixinin parlaq səhifələrinə yazdı”.

Bu fikirləri Metbuat.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz bildirib. Müsahibimiz bildirdi ki, “Qarabağ qələbəsi” “Bir millət – iki dövlət” fəlsəfəsinin, “Bir millət – bir dövlət” fəlsəfəsinə çevrilməsi həmçinin 83 milyon Anadolu türkünün, 10 milyon Azərbaycan türkünün qəlbini, beynini, biləyini birləşdirən mənəvi ruhdur.


“Qars müqaviləsi” ilə başlayan, “Şuşa bəyannaməsi” ilə iki ölkə arasında ən yüksək səviyyəyə çatan dostluğun dünyada alternativi yoxdur. Türkiyənin əlində olan maddi-mənəvi hər şey Azərbaycanın xidmətindədir” şüarıdır. Bu zəfər hüquq və onun uğrunda mübarizə aparan məzlum dövlətlər üçün ümid işığıdır. Qarabağ zəfəri təkcə Azərbaycan tarixinin deyil, həm də Türkiyə tarixinin ən parlaq qələbələrindən biridir. Azərbaycan Ordusunun qazandığı pak Qələbə Türkiyə üçün də əbədi Zəfərdir. Azərbaycan Silahlı Qüvvələri Günü indi tarixi Zəfər qazanan ordu bayramıdır”.

Yücel Karauz bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni bütün bölgə üçün sülh, sabitlik və inkişaf şansı kimi qiymətləndirilir.

“Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyi üçün zəmanət olduğu kimi, Şuşa Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə həyata vəsiqə qazanan beynəlxalq statuslu təminatdır. Bu qədər qısa müddətdə həm iqtisadi, həm siyasi, həm də ordu quruculuğu baxımından uğurlara imza atan Azərbaycan ordusu, Ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalı altında qalan torpaqlarını azad etdi. Azərbaycanın Ümumilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı dirçəldi, milli güc ünsürlərinin, silahlı qüvvələrin gücü artdı. Qüdrətli Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin dövlətçilik məsələlərində yaratdığı şah əsəridir. Bu yolu davam edən Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən dövrdə bu ordunu dünyanın ən mütəşəkkil Silahlı Qüvvələri sırasına yüksəltməklə Azərbaycanı nurlu bir yola çıxarda bildi. Bütün bunlar Azərbaycanın yeni ordu quruculuğunun əsasında duran mühüm məsələlərdəndir”.

General deyir ki, bu qələbə 28 ildən sonra səbri daşan bir millətin yüksəlişidir. Bu zəfər qələbəyə gedən yolda canından qanından keçən igidlərin, qarış-qarış torpağını azad edən oğulların yazdığı fədakarlıq dastanına çevrildi.

Azərbaycanın qazandığı möhtəşəm qələbə ilə FƏXR EDİRİK -

44 günlük Vətən müharibəsi ATƏT-in Minsk qrupunun uzun müddətdir ki gözlətdiyi həmçinin, Madrid prinsiplərinin yırtılaraq atılması ilə yekunlaşdı. Azərbaycan xalqı taleyini öz siyasi lideri İlham Əliyev ilə birlikdə müəyyən etdi. Necə ki, 99 il öncə Türkiyə düşmənlərinin başına “Dəmir yumruğu” endirərək, qalib gəldi, Azərbaycan da 44 günlük Vətən müharibəsin müddətində erməni işğalçılarını torpağından qovaraq, Azərbaycan xalqının əzmini, gücünü, onlara bir daha nümayiş etdirdi. Unutmayaq ki, 44 günlük zəfərin təməlini qoyan, qanları, canları ilə 30 illik işğal altında qalan torpaqları azad edən igidlərimiz daima qəlbimizdə yaşayaraq Azərbaycan xalqının və bütün türk dünyasının mübarizə əzmini gücləndirəcəkdir”.

Müsahibimiz onu da vurğuladı ki, şəhidlərimizin və qazilərimizin əldə etdiyi bu qələbə ilə adlarını çəkmədiyimiz günahsız körpə balaların, yaşlı cavan - kimlər ki, erməni vəhşiliyinə qurban oldular hər birinin ruhu rahatlığı artıq tapıb. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

“Ona görə də Türkiyə bütün qəlbi və canı ilə Azərbaycanın yanındadır. Türkiyə bundan sonra da, Azərbaycanın regionda qazandığı və intibaha səbəb olan uğurlarının arxasında olacaqdır. Azadlıq toxumu əkən şəhidlərimizi Allah rəhmət etsin! Zəfərimiz mübarək. Eşq olsun Azərbaycan xalqına, ordusuna və Ali Baş Komandan İlham Əliyevə. Allah Azərbaycan Ordusunu hər zaman var etsin, qılıncı kəskin, zəfərləri daim olsun”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR