Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Cıdız düzündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri olan fotosunu paylaşıb.
Metbuat.az həmin paylaşımı təqdim edir:
"08.11.2021. Ömrümün ən xoşbəxt günlərindən biri! Cıdır düzündə Qələbə bayramının ilk ildönümündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri ilə! Çox sağ olun! Uca Tanrı sizləri qorusun!" - Birinci vitse-prezident vurğulayıb.