“Bunu hər kəsin bilməsi lazımdır. Biz əlimizi daşın altına qoyduq və hər zaman da qoyacağıq”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib. H. Akar qeyd edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT 30 il ərzində münaqişənin həlli ilə bağlı bir addım atmadı:

“Ermənistan siyasi-hərbi rəhbərliyi o qədər arxayınlaşdı ki, yenə hücum etməyə çalışırdılar. Keçən ilin iyununda, iyulunda əməllərini xatırlayaq. Bunun qarşılığında bizim Azərbaycanla birlikdə olmamız çox təbiidir. Azərbaycan və Türkiyə tək millət, iki dövlətdir. Bunu hər kəsin bilməsi lazımdır. Biz Azərbaycanın yanındayıq”.