300 metr dərinliyə endi GÖRDÜKLƏRİNƏ İNANMADI: 3 gün sonra... - İNANILMAZ OLAY /

Uelsdə 40 yaşlı şəxs ölkənin ən dərin mağaralarından birində yıxılaraq dərinliyə düşüb.

Metbuat.az xəbər verir ki, sakin əvvəlcə 10 metr hündürlükdən yıxılıb. O, düşərkən havada qaya parçasından yapışıb. Lakin bir müddət sonra qaya parçası da qoparaq düşüb. İkinci dəfə hündürlükdən düşən şəxs huşunu itirib. 3 gün davam edən axtarışlardan sonra xilasedicilər ümidini itirsə də möcüzə baş verib. 40 yaşlı şəxs xilas edilib. Çox saylı xəsarətlər alan sakin xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 40 yaşlı şəxsin düşdüyü mağaranın dərinliyi 300 metrdir. Bu böyük Britaniyada ən dərin və uzun mağara olduğu üçün adrenalin həvəskarlarının diqqətini cəlb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR