"Legiya"nın transfer etmək istədiyi növbəti azərbaycanlı futbolçu KİMDİR? -

«Legiya»nın xidmətində maraqlı olduğu daha bir azərbaycanlı futbolçunun kimliyi bilinib.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, yayda Mahir Emreli ilə 3+1 illik müqavilə imzalayan Polşa klubu bu dəfə Qara Qarayevi gündəminə gəlib.

Varşava təmsilçisi menecerlər vasitəsilə millinin və «Qarabağ»ın yarımmüdafiəçisinin şərtləri ilə maraqlanıb.

Emreli də keçmiş komanda yoldaşının intizamı və xasiyyəti barədə «Legiya» rəhbərliyinə müsbət fikirlər söyləyib.

Polyakların Qara ilə yanaşı, «Qarabağ»dan İsmayıl İbrahimli və Toral Bayramovu transfer etmək istəməsini bir daha xatırladaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR