Bakıda şərnişin sürücünün başına küt alətlə xəsarət yetirib

Bakı şəhər sakininə qarşı quldurluq edilib.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə noyabrın 7-də saat 2 radələrində Hökməli qəsəbəsi ərazisində paytaxt sakini O.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobildə şərnişininin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məhərrəmli müəyyən edilərək saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR