Dünya pandemiyadan BELƏ xilas olacaq -

"Pandemiya yalnız peyvənd sayəsində bitə bilər".

Metbuat.az xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə istinadən yazıb. Alimlər düşünürlər ki, peyvənd sayəsində xəstəliyi nəzarətə almaq mümkün olacaq. Yalnız bu halda pandemiya sona çata bilər. Amma koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda insanları izləməkdə davam edəcəkdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aparıcı epidemioloqu Maria Van Kerkhove deyib ki, "2022-ci ilin sonuna qədər düşünürük ki, bu virusa nəzarət edə biləcəyik. Burada ciddi olan məsələ xəstəlikdən ölənlərin sayını əhəmiyyətli dərəcədə azalda bilməkdir". Bundan başqa 2022-ci ilin sonuna kimi ÜST dünya əhalisinin 70%-nin peyvənd olunmasını hədəfləyir.

"Əgər bu hədəfə çatsaq, epidemioloji baxımdan çox, çox fərqli vəziyyətdə olacağıq" dedi Van Kerkhove qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının oktyabrın 26-da açıqladığı hesabata görə, avqust ayından etibarən dünyanın demək olar ki, bütün regionlarında COVID-19-a yoluxma və ölüm halları azalır. Açıqlamada o da bildirilir ki, COVID-19 malyariya və digər endemik xəstəliklər kimi, gələcəkdə də ölümə səbəb ola biləcək xəstəliklər sırasında qalmağa davam edəcəkdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR