Hindistan hökuməti hava ilə bağlı qəti tədbirlər görməyə başladı

Hindistanın Ali məhkəməsi hökumətdən havanın çirklənməsinə qarşı təcili tədbirlər görülməsini tələb edib.

Metbuat.az xəbər verir ki, xüsusilə paytaxt Dehlidə havadakı zərərli qazların miqdarı çoxdur. Bildirilir ki, hökumət bu məqsədlə məktəbləri bağlayıb, tikinti işlərini 4 gün dayandırıb. Lakin Ali məhkəmə bu tədbirlərin artırılmasını tələb edir. Məhkəmə rəsmi iş yerlərinin bağlanmasını, işçilərin evdən işləməsini, fermerlərin küləş yandırmasının qadağan edilməsini və digər tədbirlərin görülməsini tələb edir.

Məhkəmə bir müddət sonra hakim dairələrdən hesabat tələb edəcək və bu hesabat görə yekun qərarlar verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR