ABŞ və Yaponiya ilk dəfə sualtı qayıqları birgə təlimlərə cəlb etdi

Yaponiya və ABŞ Çin dənizində ilk dəfə sualtı qayıqların da yer aldığı hərbi təlimlər keçirib.

Metbuat.az xəbər verir ki, təlimlərə təyyarələr, çox sayda hərbçi və gəmilər cəlb edilib. Yaponiya mənbələrinin məlumatına görə, təlimlərin məqsədi ordunun müdafiə qabiliyyətini yüksəltmək və sualtı qayıqlara qarşı mümkün hücumların qarşısını almaq bacarıqlarını test etmək olub.

Qeyd edək ki, təlimlərin keçirildiyi bölgədə Çinin hərbi qüvvələrinin sayını artırması diqqət çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR