Müğənni Xəyyam Nisanov şəxsi həyatından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "ATV Maqazin" verilişinə açıqlama verən ifaçı ailə qurmaq istədiyini bildirib:

"Hazırda subayam. Bu yaxınlarda mənim də toyum olacaqdi, amma alınmadı. Qismətdən çox şey asılıdır. Allah nə vaxt məsləhət görsə, onda da evlənəcəm. Seçəcəyim xanım şou-biznes nümayəndəsi olmayacaq. Ailədə bir ulduz olar".

Milli.Az